Belediyye.info 2015-ci ilin may ayının 25-i tarixindən fəaliyyətdədir.

05-10-2026 , 21:14

99

Son xəbərlər

Bütün xəbərlər

Siyasi rəhbərin ilk addımı


Gündəlik Xəbərlər
02-10-2026

Ən çox oxunanlar

Bu gün Bu həftə Bu ay
Gündəlik Xəbərlər
- +

Adil Əhmədov: “Büdcə gəlirlərində artım tempi  yerli idarəetmənin güclənməsi və bələdiyyə fəaliyyətinin səmərəliliyinin yüksəlməsi ilə əlaqədardır”


“2025–2026-cı illər üzrə Bakı şəhərinin bir sıra rayon bələdiyyələrinin göstəricilərinin müqayisəli təhlili göstərir ki, bir  çox  rayonların əksəriyyətində müsbət artım müşahidə olunmuşdur”- bu fikirləri Belediyye.infoya  ABMA-nın “Bələdiyyələrin Rəqəmsallaşma və İnnovasiya Mərkəzi”nin (BRİM) direktoru Adil Əhmədov deyib.

Bakı rayonlarında ən yüksək artım tempi paytaxtın Nizami bələdiyyəsində qeydə alındığını deyən mərkəz direktoru bildirib ki, Nizami  bələdiyyəsində  yerli büdcə gəlirləri 590.833-dən 963.172-yə yüksələrək artım  faizi 63 faiz təşkil etmişdir. Nəsimi (23%), Binəqədi (20%), Xətai (19%) və Səbail (18%) rayonlarında da əhəmiyyətli artım müşahidə edilmişdir.

Yasamal bələdiyyəsində göstərici 13 faiz artaraq 1.768.274-ə çatmışdır. Nərimanov bələdiyyəsində də 2026-cı ildə ən yüksək ümumi göstəriciyə malik olmaqla müəyyən artım tempi müşahidə olunub.

Adil Əhmədov  qeyd edib ki, ümumilikdə, təqdim olunan məlumatlar Bakı şəhəri üzrə bələdiyyələrin fəaliyyət göstəricilərində müsbət dinamikanın olduğunu, xüsusilə bəzi rayonlarda inkişaf tempinin daha yüksək olduğunu nümayiş etdirir. Mərkəz direktoru bu artımı  yerli idarəetmənin güclənməsi və bələdiyyə fəaliyyətinin səmərəliliyinin yüksəlməsi ilə izah edib.

Belediyye.info

Rəylər

0 Rəy


Rəy yaz

Oxşar xəbərlər

Siyasi rəhbərin ilk addımı


Gündəlik Xəbərlər
02-10-2026
386

DSMF borcunu necə "baglayaq"?

Gündəlik Xəbərlər
14-09-2026
344

Sədr yerində olarsa...

Gündəlik Xəbərlər
19-08-2026
901